5-6 may 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev – 100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 03 fevral 2023-ci il tarixli, 329/2-668/2023 nömrəli məktubu ilə daxil olmuş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, forum və konqreslərin siyahısı”na əsasən, 5-6 may 2023-cü il tarixlərində Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev – 100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransa aşağıdakı istiqamətlər üzrə məqalə və tezislər qəbul edilir:

1. Heydər Əliyev müasir Azərbaycanın memarıdır

2. Heydər Əliyev və müasir dövlətçilik tariximiz

3. Heydər Əliyev və Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması

4. Azərbaycanda sosial həmrəyliyin əsasını qoyan Ümummilli Lider

5. Heydər Əliyev və milli Konstitusiyanın təntənəsi

6. Heydər Əliyev və tarixi qələbələrimizin strateji əsasları

7. Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əlyevin xidmətləri

8. Heydər Əliyev və dövlət-din münasibətləri

9. Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası

10. Heydər Əliyev və Azərbaycan dilinin müasir inkişaf tendensiyaları

11. Heydər Əliyev və Azərbaycanın xarici siyasət strategiyası

12. Heydər Əliyev və Azərbaycan ədəbiyyatının intibahı

13. Heydər Əliyev – Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin böyük himayədarı

14. Heydər Əliyev milli iqtisadi inkişaf strategiyasının müəllifidir

15. Heydər Əliyev və neft sektorunun inkişafı

16. Heydər Əliyev və milli sənaye-energetika kompleksinin inkişafı

17. Azərbaycanın dünya birliyinə inteqrasiyasında Heydər Əlyevin tarixi rolu

18. Heydər Əliyev və türk dünyasının yüksəlişi

19. Ordu quruculuğunda Ulu Öndərin tarixi rolu

20. Heydər Əliyev irsi və Azərbaycan gəncliyi

21. Gənclərin vətənpərvərlik tərbiyəsi və Heydər Əliyevin zəngin irsi

22. Heydər Əliyev – Tarixi Zəfərə aparan siyasətin banisi

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları toplu şəklində çap olunacaqdır.

MƏQALƏ VƏ TEZİSLƏRIN TƏRTİBİNƏ QOYULAN TƏLƏBLƏR:

  • məqalə və tezislər Azərbaycan, türk, ingilis və rus dillərindən birində təqdim olunur;
  • mətn A4 formatında (210×297 mm), Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü – 12 pt; sətirlərarası interval – 1 sm; abzas – 1 sm; boş sahələr – hər tərəfdən 2 sm);
  • məqalə və ya tezisin həcmi 5 səhifədən artıq olmamalıdır;
  • ilk sətirdə mərkəzdə tezisin adı (böyük hərflərlə, qalın şrift ilə), növbəti sətirlərdə müəllifin adı, atasının adı və soyadı (tam açıq şəkildə, kiçik hərflərlə, qalın şrift ilə), elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvan və əlaqə telefonu yazılmalıdır (bax: Nümunə 1);
  • istifadə edilmiş ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir (istinad olunan ədəbiyyatın nömrəsi mətndə kvadrat mötərizədə göstərilir: məsələn, [2]).

Məqalə və ya tezisin konfrans materiallarına daxil edilməsi Təşkilat Komitəsinin müvafiq qərarı ilə müəyyən ediləcəkdir. Zərurət yarandıqda Təşkilat Komitəsinin irad və qeydləri əsasında müəllif tərəfindən məqalə və ya tezis üzərində düzəliş edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə və ya tezis konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransa təqdim edilmiş məqalə və tezislər geri qaytarılmır.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir məqalə və ya tezis qəbul edilir.

Məqalə və tezislər 20 aprel 2023-cü il tarixindən gec olmayaraq elektron variantda aşağıdakı ünvana göndərilməlidir:

konfrans@mdu.edu.az

Məsul katib: Vüqar Mustafayev

Əlaqə telefonu: (+99455) 289 12 66

________________________________________________________________________

Nümunə 1.

MƏQALƏ VƏ YA TEZİSİN ADI

Adı Atasının adı Soyadı (tam açıq şəkildə)

elmi dərəcəsi, elmi adı

işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı

elektron poçt ünvanı

əlaqə telefonu Əsas mətn Əsas mətn [2] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [7] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [1] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [5] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [3] Əsas mətn Əsas mətn Əsas mətn [6] Əsas mətn Əsas mətn Əsas mətn Əsas mətn [4] Əsas mətn Əsas mətn