2023-cü ilin iyunun 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin yaz semestrinin imtahan sessiyası çərçivəsində imtahan prosesini müşahidə ediblər.
MDU-nun həyatında fəal iştiraka və göstərilən davamlı dəstəyə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən rektor Şahin Bayramov universitetdə cari imtahan sessiyasının təşkili və gedişatı barədə ətraflı məlumat verib. Sonra rektor imtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsi, biliyin ədalətli qiymətləndirilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə tətbiq edilən mexanizmlər, o cümlədən “İmtahan Qərargahı”nın fəaliyyəti ilə İNŞ üzvlərini yaxından tanış edib.
Daha sonra, imtahan prosesini izləyən İNŞ üzvləri tələbələrlə söhbət ediblər və onların imtahanlarla bağlı fikirlərini öyrəniblər. İmtahan sessiyasının gedişatı ilə əyani tanışlıqdan məmnunluqlarını ifadə edən İNŞ üzvləri tələbələrə uğurlar arzulayıblar.
Qeyd edək ki, MDU-da iyunun 3-dən başlayan yaz imtahan sessiyası iyulun 5-dək davam edəcəkdir. Cari imtahan sessiyası ərzində baş tutacaq 600-dən çox imtahanda 3000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçirilir.