2023-cü lin aprelin 27-də Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığortadan necə istifadə edə bilərəm?” mövzusunda maarifləndirici tədbir keçirilib.
MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən tədbirdə universitetin akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Filialın rəhbəri Adil Həsənov çıxış edərək iştirakçılara icbari tibbi sığorta sistemi, icbari tibbi sığorta haqları və Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər haqqında ətraflı məlumat verib. Bununla yanaşı, vətəndaşlara dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub və iştirakçıların sualları cavablandırılıb.