MDU-da “Elm günü”nü silsilə tədbirlərdə

  • Post category:Xəbərlər (AZ)

MDU-da “Elm günü”nü silsilə tədbirlərdə

Bu gün infоrmasiya əsri adlandırılan ХХI əsr əsas məlumat mənbəyi olan kitabхanaların qarşısında kеyfiyyətcə yеni vəzifələr qоyur. Müasir kitabxanaçılar tələbatı günbəgün artan və genişlənən охucuların təzə məlumatlar almaları məqsədilə onların dünya infоrmasiya məkanına daхil оlmaları, ümumbəşəri intеllеktual pоtеnsialdan оpеrativ istifadə еtmələri üçün geniş imkanlar yaratmalıdırlar. Bu baxımdan Azərbaycanda kitabxana işinin inkişafında yeni mərhələyə başlanğıc verən mühüm sənədlər Azərbaycan Rеspublikası Prеzidеntinin “Azərbaycanda kitabхanaların fəaliyyətinin yaхşılaşdırılması haqqında” (20 aprel 2007) və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın (6 oktyabr 2008) təsdiq edilməsi haqqındakı sərəncamlarının həyata keçirilməsi kitabxana quruculuğunun Azərbaycan dövləti tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini təsdiq edir.

Dövlət Proqramı kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, respublikada kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması, kitabxanaların kompyuter və informasiya-proqram təminatı, Azərbaycan Respublikasının milli-mədəni irsinin və informasiya ehtiyatlarının qorunması, gələcək nəsillərə çatdırılması, kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi, kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi və s. məsələləri əhatə edir.

Bütün bunlar kitabxanaçıdan bilikli və yüksək səviyyəli peşəkar olmağı, informasiya kommunikasiya texnologiyalarından istifadə etməyi, müasir dövrlə ayaqlaşmağı bacarmağı tələb edir.

Kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içərisində təbliğ edilməsində xüsusi rol oynayır. Kütləvi tədbirlərin təsiri ilə kitabxanaya yeni-yeni oxucular cəlb edilir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir.

Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2018-ci il tarixdə cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamın icrası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyyəsi ilə bağlı Tədbirlər planına uyğun olaraq Mingəçevir Dövlət Universitetinin kitabxanasında kütləvi tədbirlər sırasına 27 Mart – “Elm günü”nə həsr olunmuş Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının elmi uğurlarını əks etdirən əsərlərdən ibarət sərgi də əlavə olunmuşdur.

Sərgidə Mingəçevir Dövlət Universitetinin professor və müəllim heyətinin Azərbaycan, rus, ingilis, alman, fransız dillərində dərslik, dərs vəsaiti, metodik vəsaitləri, tərtib və redaktə etdikləri kitablar, jurnal materialları nümayiş edilir. Sərgidə həmçinin professor və müəllim heyətinin respublikanın və onun hüdudlarından kənarda aparıcı ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, Web of Science (Clarivate Analytics), SCOPUS, РИНЦ məlumat bazasına daxil olan və Thomson Reuters sisteminə daxil olan impakt faktorlu jurnallarda, elmi əsərlər məcmuəsi və xəbərlər jurnallarında, həmçinin gənc tədqiqatçıların AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika elmi konfransların, Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi tədbirlərin materialları nümayiş olunur. Sərgiyə hər gün universitetin professor, müəllim, tələbə heyətinin nümayəndələri, ictimayyət nümayəndələri baxış keçirirlər.

100-dən çox kitabın, əsərlər məcmuəsi və xəbərlər jurnallarının, qəzet-jurnal materiallarının təqdim olunduğu sərgi martın sonunadək davam edəcək.

{phocagallery view=category|categoryid=120|limitstart=0|limitcount=0}