MDU-da “İngilis dili” gecəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və
Yeni il bayramına həsr olunmuşdu
Əlamətdar günlər münasibətilə Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir İngilis dilində keçirilən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təşkil olunmuşdur.
Tədbirdə Mingəçevir Dövlət Universitetin rektoru Akif Hacıyev, Tərbiyə işləri üzrə prorektor Rövşən Əliyev, “Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin məsul nümayəndəsi, Pedaqoji fakültənin dekan müavini Sevinc Süleynanova, “Xarici dillər” kafedrasının müdiri, dosent Zemfira Əzizova, ixtisas kafedrasının müəllimləri və tələbələr iştirak ediblər.
“Xarici dillər” kafedrasının müdiri, dosent Zemfira Əzizovanın bir başa dəstəyi ilə MDU-nun “İngilis dili müəllimliyi” ixtisasının tələbələri kafedranın baş müəllimi Əsmər Hacıyevanın rəhbərliyi ilə rəngarəng musiqili tədbir keçirilib.
Tədbirin birinci hissəsində tələbələr ingilis dilində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildiriblər ki, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb. Tələbələr ölkəmiz haqqında obyektiv məlumatların yayılması, dövlət və milli maraqların qorunması istiqamətində görülən işlərə diqqət çəkərək xalqımızın parlaq gələcəyinə əminliklərini vurğulayıblar. Tələbələr Dünya Azərbaycanlılarının I Qurultayının ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirildiyini xatırladıblar. Qeyd edilib ki, konqres və qurultaylar dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli rol oynayır. Sonra tələbələr Vətənə, Azərbaycana şerlər deyib, mahnılar ifa ediblər.
Tədbirin ikinci hissəsi qarşıdan gələn Yeni ilə, 2019-cu ilə həsr edilmişdir. Tələbələr mahnılar oxuyub, şerlər səsləndirdilər. Viktorinalarda iştirak ediblər. Viktorinalara kafedranın müəllimləri də cəlb ediliblər. Bir-birindən rəngarəng müxtəlif janırlı musiqi və mahnılar tədbirin daha coşqu ilə keçməsinə stimul verib.
Mingəçevir Dövlət Universitetin rektoru Akif Hacıyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən bəhs edib. Qeyd edib ki, 31 Dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Bu gün ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsil və elm sahəsində inkişaf edir, uğurlara imza atır. Azərbaycanın qazandığı müvəffəqiyyətlər, qüdrətli bir dövlətə çevrilməsi isə hər birimizi sevindirir. Odur ki, bundan sonra da hamımız həmrəy olmalı, dövlətimiz və dövlətçiliyimizin inkişafı naminə daha da əzmlə çalışmalıyıq. Bu tarixin qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrildiyini deyən A.Hacıyev əlamətdar bayramlar münasibəti ilə bütün kollektivi, müəllim və tələbələri təbrik edib, onlara qarşıdan gələn Yeni ildə uğurlar arzulayıb. Tələbələrin İngilis dilində bu qədər zəngin proqram hazırlamaları və çıxışları onu sevindirdiyini qeyd edib. Tədbir musiqi proqramı ilə davam edib.
{phocagallery view=category|categoryid=107|limitstart=0|limitcount=0}