24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının əməkdaşları 2024/2025-ci tədris ili üzrə kafedranın fəaliyyət planına uyğun olaraq, əmək bazarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Texniki İstehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva, Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova və müəllim Elsevər Cəfərli iştirak ediblər. Görüş zamanı universitet-sənaye əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, Energetika mühəndisliyi ixtisasının təhsil proqramı üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılması, magistrantlara aktual dissertasiya mövzularının verilməsi, tələbələrin stansiyaya infoturlarının təşkili, məzunların işlə təmin olunması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
MDU-nun Energetika kafedrasının əməkdaşları əmək bazarının nümayəndələri ilə görüşüb
- Запись опубликована:25.02.2025
- Post category:Energetika / MDU xəbərləri
Digər yazılar

“AZƏRBAYCAN MÜƏLLİMİ” qəzetinin 3 mart 2023-cü il tarixli buraxılışında Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı qətliamının 31-ci ildönümü çərçivəsində keçirilmiş silsiləvi tədbirlər barədə “Xocalı faciəsini heç zaman unutmayacağıq və unutdurmayacağıq!” başlıqlı yazı dərc olunub.

MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun MDU haqqında fikirləri

Mingəçevir Dövlət Universiteti “Şuşa İli”nə həsr olunmuş beynəlxalq konfransa təşkilatçılıq edib

Mingəçevir Dövlət Universitetinin tələbəsi Bəxtiyar Mehdiyev Şağan Olimpiya İdman Kompleksində keçirilən Alpaqut üzrə Assosiasiya Kubokunda qələbə qazanıb

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib
