MDU komandası “Könüllülər kuboku Şəki-2019” intellektual oyunun gümüş mükafatçısı olub

  • Post category:Könüllülük

Regionlarda intellektual sahənin inkişafı yönündə aparılan tədbirlərə dəstək olmaq istiqamətində ASAN Xidmət, Şəki şəhər Gənclər və İdman İdarəsi, Marxal Resort & Spa və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə 04.05.2019 tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Könüllülər kuboku Şəki-2019” Nə? Harada? Nə Zaman? İntellektual oyunu keçirilmişdir. Yarışda ölkənin müxtəlif regionlarını təmsil edən 24 komanda iştirak etmişdir.

Layihədə ümumi 24 komanda iştirak edib. Gərgin gedən mübarizənin sonunda ilk 3 yer aşağıdakı kimi sıralanıb.

I yer – Oğuz oğulları

II yer – Fenomen

III yer – ASAN Team 

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetini təmsil edən “Fenomen” komandası təəssüf ki, I yerin qalibindən minimal xalla geridə qalaraq, gümüş medala layiq görülüb. Qalib komandalar kubok, Fəxri Fərman, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Mingəçevir Dövlət Universitetini təmsil edən “Fenomen” komandasının tərkibi ST16.2 nömrəli qrupun tələbəsi Şahlar Mirzaliyev, M16 saylı qrupun tələbəsi Mübarək Aydəmirov, nömrəli qrupun tələbəsi Akif Eminov, nömrəli qrupun tələbəsi Nihad Məmmədkərimov, nömrəli qrupun tələbəsi Nurlan Vəliyevdən ibarət olub.

Komandanı yarışlara Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev və komandanın kapitanı universitetin “İntellektual klubun” sədri Ravin Atakişiyev hazırlamışdır.

Qalib olan hər bir komandanı təbrik edirik!