MDU əməkdaşları İşveç Kral Texnologiya Universitetindən
sertifikatla döndülər
25-31 avqust tarixlərində İsveçin Kral Texnologiya Universitetində Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropa komissisyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsinin növbəti təlimləri baş tutub.
Təlimlərdə Mingəçevir Dövlət Universitetini Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova və Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Kamal Əhmədov təmsil ediblər. Təlimlər zamanı isveçli mütəxəsislər keyfiyyətin təminatı ilə bağlı öz təcrübələrini bölüşüblər və bu təcrübənin Azərbaycan Universitetlərində tətbiqi ilə bağlı tövsiyyələr veriblər.
Sonda təlim iştirakçılarına Kral Texnologiya Universiteti tərəfindən hazırlanan Sertifikatlar təqdim olunub. Bu layihənin məqsədi Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihə çərçivəsində həyata keçiriləcək təlimlər yerli və xarici səfərlər, onların idarə olunması məsələləri, xüsusən, sonda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sistemlərinin qurulması məqsədilə onlayın platformanın yaradılmasıdır.
Təlimlərdə Avropanın Böyük Britaniya, İspaniya, İsveç, Litva, Azərbaycandan 11 universitetin nümayəndələri və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfdaş qismində iştirak ediblər.
{phocagallery view=category|categoryid=49|limitstart=0|limitcount=0}