MDU-nun da tərəfdaşı olduğu növbəti Erasmus+ layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib.
“Şərq Tərəfdaşlığı ölkələrində universitetlərin rəqəmsal mükəmməlliyinin və bacarıqlarının artırılması” mövzusunda olan Layihədə 6 ölkə (Azərbaycan, Ukrayna, Estoniya, Sloveniya, Polşa, İspaniya) təmsil olunur.
Koordinatoru Estoniyanın Tartu Universiteti olan Layihədə Azərbaycandan 4 tərəfdaş (Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, MDU, Xəzər Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) iştirak edir.
Layihənin əsas məqsədi tələbə və müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsindən, tərəfdaş universitetlərdə Rəqəmsal Mükəmməllik Mərkəzlərinin yaradılmasından və pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsindən ibarətdir.
36 ay ərzində reallaşdırılacaq Layihənin ümumi büdcəsi 1 (bir) milyon Avrodur.
MDU yeni dövrün universitetinə çevrilir!