2024-ci ilin 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Humanitar fənlər kafedrasının və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib. Tədbirdə hər iki tərəfdən professor müəllim heyəti və tələbələr iştirak ediblər. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirə Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d Aygün Qədirova moderatorluq edib. Tədbirdə MDU-nun Təhsil fakultəsinin dekanı dosent Nizami Zeynalov və Etnoqrafiya elmi fond şöbəsinin müdiri dosent Gülzadə Sərxan qızı Abdulova çıxış ediblər. Tədbirin proqramına uyğun olaraq dosent Gülzadə Abdulova “Azərbaycan milli baş geyimləri”, muzeyin elmi işçiləri Fəridə Xəlilova “Azərbaycan məişətində güləbətin tikmələri”, Fatma Qəniyeva “Azərbaycan çay mədəniyyəti” və Nurəngiz Qarayeva “Azərbaycan hamam mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbir zamanı iştirakçılar belə bir ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasını arzulayıblar.
MDU-da “Milli mədəni irsimiz, milli dəyərlərimiz” adlı tədbir keçirilib
- Запись опубликована:21.11.2024
- Post category:MDU xəbərləri
Digər yazılar

Mingəçevir Dövlət Universitetində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsifini müvəqqəti icra edən Üzeyir Zeynalov ATGTİ tərəfindən təltif olunan tələbələrlə görüş keçirib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının iclası keçirilib

BDU-nun professoru Mingəçevir Dövlət Universitetində seminar keçirib

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov fəlsəfə doktoru diplomunu almış Xarici dillər kafedrasının müəllimi Gülnarə Qurbanova ilə görüşüb

Mingəçevir Dövlət Universiteti 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Mingəçevir Dövlət Universitetində (MDU) ətraf mühitin mühafizəsi günü qeyd edilib
