- “İqtisadiyyat” fakültəsi üzrə: dekan – 1 yer.
- “Humanitar fənlər” kafedrası üzrə: Dosent – 2 yer, baş müəllim – 2 yer, müəllim – 13 yer.
- “Pedaqogika və psixologiya” kafedrası üzrə: Kafedra müdiri – 1 yer, müəllim – 5 yer.
- “Xarici dillər” kafedrası üzrə: Dosent – 1 yer, müəllim – 8 yer.
- “Riyaziyyat”kafedrası üzrə: Kafedra müdiri – 1 yer, baş müəllim – 3 yer, müəllim – 5 yer.
- “İqtisadiyyat” kafedrası üzrə: Kafedra müdiri – 1 yer, dosent – 1 yer, baş müəllim – 1 yer, müəllim – 4 yer.
- “Sənayenin təşkili və idarəetmə” kafedrası üzrə: Baş müəllim – 1 yer, müəllim – 4 yer.
- “Mexanika” kafedrası üzrə: Baş müəllim– 2 yer.
- “Fizika və ekologiya” kafedrası üzrə: Müəllim – 2 yer.
- “Energetika” kafedrası üzrə: Baş müəllim – 2 yer.
- “İnformasiya texnologiyaları” kafedrası üzrə: Kafedra müdiri – 1 yer, dosent – 1 yer, baş müəllim – 1 yer, müəllim – 5 yer.
Müsabiqədə iştirak etmək istəyən namizəd rektorun adına ərizə ilə müraciət edərək, ərizəsinə aşağıda qeyd edilən sənədləri (hazırda MDU-da işləyənlər son üç sənədi) əlavə etlməlidir:
- Şəxsiyyət vəsiqəsi;
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması. ( Kafedra müdiri)
Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 may 2023-cü il tarixindən 19 iyun 2023-cü il tarixinədək müvafiq sənədləri MDU-ya şəxsən və ya poçt vasitəsilə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak üçün müraciət edən namizəd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda vəzifələrin tutulmasının şərtlərinin, həmçinin MDU-nun Elmi Şurasının 17.11.2022-ci il tarixli, 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Mingəçevir Dövlət Universitetində professor-müəllim vəzifələrinin seçki yolu ilə tutulma Meyarları”nın tələblərinə cavab verməlidir. Vəzifəni tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. (sıxıldıqda müvafiq keçidlər)
Müsabiqədə iştirakı qeydə alınmayan namizədə bu barədə yazılı məlumat verilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsabiqədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsabiqədə iştirak etmək üçün qeydə alınmır.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 19.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na və Təhsil Nazirliyinin 401 saylı, 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə uyğun keçirilir.
Sonradan namizədin təqdim etdiyi məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verdiyi, habelə müsabiqə zamanı “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” və “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”nin tələblərinin pozulması halları aşkarlandıqda müsabiqənin nəticələri ləğv edilir.
Müsabiqənin keçirilmə vaxtı və yeri haqqında məlumatlar sənəd qəbulu başa çatdıqdan sonra MDU-nun saytında yerləşdiriləcək.
Qeyd:
- Rəsmi sənədlərin ya əsli, ya da notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
- 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
Əlaqə:
Ünvan: Mingəçevir şəhəri, Dilarə Əliyeva küç, 21.
Tel.: (02427) 53272; e-mail: info@mdu.edu.az;