Mingəçevir Dövlət Universiteti böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyində fəal iştirak edib
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.
Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq xalqlarının yaddaşında yaşamaqdadır.
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Mingəçevir şəhərində də silsilə tədbirlər keçirilir.
Tədbirlərin davamı olaraq Sahil parkında təşkil edilən Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində parkın ətrafı Nəsimiyə həsr olunmuş panno və plakatlarla, rəngarəng rəsmlərlə təşviq olunmuşdu.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsamyılov, hüquq mühafizə orqanlarının, ali və orta ixtisas məktəblərinin, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-lərin məsul şəxsləri tədbirdə iştirak edirdilər.
Mingəçevir Dövlət Universitetinin, Turizm kollecinin, Təhsil şöbəsinin, Mədəniyyət ocaqlarının, Musiqi məktəblərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, uşaq bağçalrının kollektivləri ədəbi-bədii kompozisiyaları, tələbə və şagirdlərin əl işləri nümayiş olunub. Eyni zamanda Mingəçevir Nəsimişünas yazarların əsərləri sərgilənib. Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, mahnılar və şerlər səsləndirilib. Mingəçevir şəhər İcra Hakmiyyətinin başçısı İlham İsmayılov və onu müşayət edən digər rəsmilər tədbirin təşkilatçıları ilə görüşüblər, onlara Nəsimi yaradıcılığına zövqlə yanaşdıqları üçün təşəkkürlərini bildiriblər.
Beləliklə, böyük və mütəfəkkir şairin 650 illik yubileyi Mingəçevir ictimaiyyəti tərəfindən böyük təntənə ilə qeyd olunub.
{phocagallery view=category|categoryid=226|limitstart=0|limitcount=0}