Mingəçevir Dövlət Universitetində Erasmus+ layihəsi çərçivəsində görülən işlərin monitorinqi keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Erasmus+ layihəsi çərçivəsində görülən işlərin monitorinqi keçirilib

 

2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyat keçirilən “Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində görülən işlərin monitorinqi məqsədilə görüş keçirilib.

“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə Erasmus+ layihəsinin səlahiyyətli nümayəndəsi, Litvanın Sosial Tətbiqi Elmlər İnstitutunun keyfiyyət təminatı üzrə eksperti İnqa Petreikiene, BBU-nun layihə meneceri Eşqin Bayramov və MDU-nun müvafiq əməkdaşları iştirak ediblər.

Görüşdə MDU-nun strateji məqsəd və hədəfləri, keyfiyyət təminatı siyasəti, universitetdə keyfiyyət mədəniyyətinin formalaşdırılması və bu məqsədlə həyata keçirilən tədbirlər, tələbəyönümlü tədris, təlim və qiymətləndirmənin tətbiqi, tədris proqramlarının yenilənməsi, müəllim və tələbələrin ehtiyaclarının öyrənilməsi məqsədilə keçirilən sorğuların nəticələrinin müvafiq qərarların qəbul edilməsinə təsiri, layihənin verdiyi töhfələr, qarşıda dayanan başlıca vəzifələr və digər məsələlər ilə bağlı məlumatlar dinlənilib, çoxsaylı suallar cavablandırılıb.

Monitorinqin nəticələrindən razı qaldığını bildirən İ.Petreikiene bu işdə əməyi olan hər kəsə təşəkkür edib və layihə çərçivəsində birgə fəaliyyət göstərən universitet əməkdaşlarına uğurlar arzulayıb.

Qeyd edək ki, ölkəmizin qabaqcıl universitetləri səviyyəsində ali təhsil xidmətləri göstərməyi əsas hədəflərindən biri kimi müəyyənləşdirən MDU-da keyfiyyətin təminatı məsələlərinə xüsusi önəm verilir, bu məqsədlə beynəlxalq proqram və layihələrdə fəal iştirakın təmin edilməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=614|limitstart=0|limitcount=0}