Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsi
Tələbə Elmi Cəmiyyətinin VIII konfransı keçirilib
Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin “Dövlətin müasir struktur siyasəti və onun strateji hədəfləri” (Strateji yol xəritələri əsasında) mövzusunda VIII elmi-nəzəri konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan fakültə dekanı, dosent Nüşabə Qədimli tələbələri təbrik edərək, konfransın işinə uğurlar dilədi. Tələbələrə elmi işdə yaxından fəaliyyət göstərmələri üçün tövsiyələrini bildirdi.
Sonra Universitetin Elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov konfrans iştirakçılarına rektor Şahin Bayramovun salamlarını çatdırıb, tələbələrə elmi fəaliyyətlə ciddi məşğul olmağı tövsiyyə edib. Bu günkü gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu deyib, tələbələrin elmi tədqiqata həvəsini yüksək dəyərləndirib, rəhbərlik tərəfindən istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini deyib.
Sonra İ17.1 saylı qrupun tələbəsi Gülnaz Qarayeva “Müasir insan kapitalının formalaşması” (elmi rəhbər: prof. Veysəl Əyyubov); İ17.1 saylı qrupun tələbəsi Lalə Hümbətova “Azərbaycan iqtisadi inkişaf yolunda: inkişaf konsepsiyası və strateji hədəflər” (elmi rəhbər: b/m. Arif Tağıyev); ST16.2 saylı qrupun tələbəsi Elçin Ağamirzəyev “Sənayenin innovativ inkişaf istiqamətləri” (elmi rəhbər: i.f.d., b/m. Ruhiyyə Hüseynova); M17 saylı qrupun tələbəsi Çingiz Çingizzadə “Maliyyə xidmətlərinin inkişafının gələcək hədəfləri” (elmi rəhbər: b/m. Günəş Şəfaqətov); Bİ17 saylı qrupun tələbəsi Aypara Abbasova “Logistika iqtisadi dayanıqlığın təminatçısı kimi” (elmi rəhbər: Aynur Namazova); DB18 saylı qrupun tələbəsi Əlirza Abdullayev “Müasir dövrdə biomüxtəlifliyin nəzərə alınması!” (elmi rəhbər: b/m. Təranə Səfərova); M16 saylı qrupun tələbəsi Tansu Əhmədzadə “Vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili” (elmi rəhbər: Vüqar Məmmədli); TO17 saylı qrupun tələbəsi Ləman Mürsəlova “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” (elmi rəhbər: b/m. Nazim Niftəliyev); TO17 saylı qrupun tələbəsi Nəzmiyyə İsmayılova “Azərbaycanda spesifik turizm növləri və onların inkişaf perspektivləri” (elmi rəhbər: Cəlil Bağırov) mövzularında çıxış ediblər.
Sonda MDU TEC-in sədri Günəş Şəfaqətov çıxış edərək ölkədə aparılan böyük təhsil islahatlarından, MDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi istiqamətində gedən çoxşaxəli fəaliyyətdən geniş bəhs edib.
Məruzəçilərə konfrans iştirakçıları tərəfindən suallar ünvanlanıb. Onlarda öz tərəflərindən suallara ətraflı cavab verməklə tədqiqat işlərinə mükəmməl yanaşdıqlarını sübut ediblər. Məruzəçilər tədqiqat işlərini İKT-nin köməyi ilə konfrans iştirakçılarına təqdim edə və əyani vəsait kimi göstərə biliblər.
{phocagallery view=category|categoryid=236|limitstart=0|limitcount=0}