Mingəçevir Dövlət Universitetində Konstitusiya günü qeyd edilib
Mingəçevir Dövlət Universitetində 12 noyabr – Konstitusiya günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov rektor Şahin Bayramovun adından universitetin professor-müəllim və tələbə heyətini Konstitusiya günü münasibətilə təbrik edib.
Universitetin Humanitar fənlər kafedrasının müəllimləri Vüsalə Mövlayeva və Şəfa Quliyeva məruzələrlə çıxış ediblər. Məruzələrdə 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının məzmunu, ali qanunun ölkəmizdə hüquqi dövlət quruculuğunda müstəsna rolu və Konstitusiya gününün qeyd edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə Konstitusiya gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
{phocagallery view=category|categoryid=233|limitstart=0|limitcount=0}