Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib

 

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfransın bölmə iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən bölmə iclasında həm MDU-nu, həm də respublikanın digər ali təhsil müəssisələrini və elmi-tədqiqat institutunu təmsil edən tədqiqatçıların məruzələri dinlənilib.

MDU-nun dosenti Nizami Zeynalov “Azərbaycan tarixi irsinin qorunmasında Heydər Əliyev fenomeni” mövzusunda, AMEA Tarix İnstitutunun dosenti Alı Balayev “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır: sabitlikdən inkişafa doğru” mövzusunda, MDU-nun baş müəllimi Nazim Niftəliyev “Müzəffər və rəşadətli Azərbaycan Ordusu Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Naibə Əhmədova “Müasir güclü və çoxşaxəli iqtisadiyyat – Ümumilli lider Heydər Əliyevin iqtisadi strategiyasının davamıdır” mövzusunda, MDU-nun müəllimi Liliya Süleymanova “Heydər Əliyev və Azərbaycan energetikası” mövzusunda, Sumqayıt Dövlət Universitetinin baş müəllimi Röya Qurbanova “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev islahatları” mövzusunda, MDU-nun baş müəllimi Mehriban Kərimova “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda, MDU-nun dosenti Vüqar Mustafayev “Azərbaycanın metallurgiya sənayesinin inkişaf tarixində Heydər Əliyev dövrü” mövzusunda, MDU-nun müəllimi Səadət Ağakişiyeva “Heydər Əliyev və ədəbiyyat” mövzusunda məruzlər ilə çıxış ediblər.

Məruzələrdə Ulu Öndərin titanik və çoxşaxəli fəaliyyətinin, zəngin idarəçilik irsinin müxtəlif aspektləri diqqətə çatdırılıb, müasir və müstəqil Azərbaycanın memarı olan əbədiyaşar liderin cəmiyyət həyatının hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edilib.

İclas iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər dahi şəxsiyyətin nurlu xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər, unikal şəxsi və peşəkarlıq keyfiyyətləri ilə böyük idarəçilik məktəbini miras qoyan Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsinin davamlı surətdə öyrənilməsi və gənc nəsilə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan müxtəlif formatlı silsiləvi tədbirlər keçirilir.

{phocagallery view=category|categoryid=587|limitstart=0|limitcount=0}