Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

 

Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Mingəçevirli qəhrəmanlar Adilzadə Adil Kamran oğlunun, Qasımov Teymur Sabir oğlunun, Əhmədov Rüstəm Oruc oğlunun və Tağıyev Rahim Qara oğlunun valideynlərini və ailə üzvlərini ziyarət ediblər.

Vətənimizin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin doğmalarını Novruz bayramı münasibətilə təbrik edən universitet əməkdaşları şəhidlərin əziz xatirəsini daim hörmət və ehtiramla andıqlarını bildiriblər.

Şəhid ailələrinə MDU kollektivi adından bayram sovqatı təqdim edilib.

Qeyd edək ki, MDU-da şəhidlərimizin keçdiyi şərəfli yolun öyrənilməsinə və onların qəhrəmanlığının təbliğinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən mütəmadi tədbirlər tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasında mühüm rol oynayır.