Mingəçevir Dövlət Universitetinin riyaziyyatçı mütəxəssisləri tərəfindən daha bir dərs vəsaiti nəşr olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin riyaziyyatçı mütəxəssisləri

tərəfindən daha bir dərs vəsaiti nəşr olunub

 

Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının müdiri, dosent, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Sahib Mustafayevin, kafedranın baş müəllimi Sabir Babuşovun və Mingəçevir şəhər 16 saylı ümumtəhsil məktəbinin Riyaziyyat müəllmi Tofiq Orucovun müəllifi olduqları “Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması nəzəriyyəsi və metodikası” adlı dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1108 nömrəli 08.12.2015-ci il tarixli “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmrinə müvafiq olaraq Mingəçevir Dövlət Universiteti Elmi Şurasının qərarı və universitetin rektorunun 12.12.2018-ci il tarixli 182№-li əmrilə təsdiq edilmiş və nəşr olunmuşdur.

 “Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması nəzəriyyəsi və metodikası” adlı dərs vəsaiti “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavriat təhsil səviyyəsində tələbələrin “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası” fənni üzrə praktik fəaliyyətə hazırlığını təmin etnək məqsədilə hazırlanmışdır. Vəsait, ixtisasın dövlət standartları, tədris planı, kredit sisteminin tələbləri və pedaqoji mənbələrə istinad edilərək yazılmışdır.

Dərs vəsaitindən ali və orta pedaqoji məktəb tələbələri, məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçiləri və işçiləri, ibtidai sinif müəllimləri, valideynlər, bu sahədə tədqiqat aparan magistarnt, doktorant və dissertantlar istifadə edə bilərlər.

“Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması nəzəriyyəsi və metodikası” adlı dərs vəsaitinin nəşr olunmasına Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Rasim Şükürov, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri, p.f.d. Sahib Məmmədov, Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qəhrəman Kələşov, Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Müsəllim Hümmətov rəy vermişdir.   

Qeyd edək ki, “Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC-də nəşr olunan dərs vəsaiti 316 səhifədən: giriş, 4 fəsil, 32 paraqrafdan ibarətdir. 42 ədəbiyyata istinad edilmişdir. Kitabın sonunda sözlük (tezaurus) verilmişdir.

{phocagallery view=category|categoryid=122|limitstart=0|limitcount=0}