Mingəçevir Dövlət Universitetinin tələbəsi Ukraynada seminarda iştirak edib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbəsi Ukraynada seminarda iştirak edib

 

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan Jalə Səfərli Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə “İşıqlı Gələcək” GİB-in fəal könüllüsü olmaqla Ukraynanın Sumi şəhərində keçirilən 9 günlük təlimlərdə iştirak edib. Təlimin əsas məqsədi isə müxtəlif ölkələrdən olan gəncləri iş sahəsində beynəlxalq əməkdaşlığa təşviq etmək, onların potensialını artırmaq, kiçik ərazilərdə yaşayan gənclərin işsizliyinin səbəbini müəyyən etmək, bu problemin həlli yollarını araşdırmaq və karyera, xüsusilə də onlayn iş bazarında daha az təcrübəsi olan gənclər üçün yeni imkanlar yaratmaqdır.

Seminarda Azərbaycan, Gürcüstan, Yunanıstan, Danimarka, İtaliya, Şimali Makedoniya və Ukraynadan gələn tələbə-gənclər iştirak edib.

Seminarın qarşısında duran əsas vəzifələr kiçik şəhərlər və kəndlərdə gənclərin işsizliyinin səbəb nəticələrini araşdırmaq, beynəlxalq gənclər işçi qrupunu yaratmaq, özünü realizə etmək və gələcək karyeralarında, xüsusilə onların iş bazarında daha aztəminatlı gənclər üçün məşqçi yetişdirmək, aztəminatlı gənclərlə işləyən təşkilatlara (məsələn, kənd və kiçik şəhərlərdən gələnlər və qaçqınlar) dəstək vermək və gənclərin inkişafına yönələn innovativ vasitələrlə təmin etmək, gənclərin iş sahəsində beynəlxalq əməkdaşlığı və potensialının artırılmasını təşviq etmək, tərəfdaş təşkilatlarla əlaqələrin genişləndirilməsindən ibarət olmuşdur.

{phocagallery view=category|categoryid=272|limitstart=0|limitcount=0}