Mingəçevir Regional Debat Mərkəzi Mingəçevir Dövlət Universitetində
məlumatlandırıcı görüş keçirib
Mingəçevir Dövlət Universitetinin və Mingəçevir Regional Debat Mərkəzinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində Milli Debat Proqramının təqdimatı və Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyəti haqqında 1-ci kurslarla məlumatlandırıcı görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin Iqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev Debatın Mingəçevirdə tarixi və gənclər üçün olan faydalarından danışıb.
Sonra Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edərək 1-ci kurs tələbələrinə Milli Debat Proqramının fəaliyyətindən, gördüyü işlərdən, qazandığı uğurlardan danışıb.
Daha sonra Mingəçevir Regional Debat Mərkəzinin fəaliyyətindən söz açan E.Sadıqzadə 4 il ərzində mərkəzin gördüyü işlər, keçirdiyi təlimlər, forumlar və digər tədbirlər haqqında geniş məlumat verərək qeyd edib ki, bu günədək forumlarda 3000-dən çox gənc, 1000-dən çox məktəbli iştirak edib.
Sonda gənclərin təklifləri dinlənilib və sualları cavablandırılıb.
{phocagallery view=category|categoryid=277|limitstart=0|limitcount=0}