Narkomaniyaya qarşı profilaktik görüş
Dekabrın 25-də Mingəçevirdə “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda proflaktiki görüş keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev müasir dünyamız üçün çox vacib bir məsələ üzrə tədbirin şəhərimizdə keçirilməsinə qərar verdiyi üçün Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova və işçi qurupuna minnətdarlığını bildirib.
Dövlət Komissiyası işçi qrupunun nümayəndələri Şahin İsmayılov və Raqif Allahverdiyev cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlərdən danışıblar. Bildirilib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və sair məsələlər xüsusi diqqət mərkəzindədir.
Tədbirdə şəhər polis və təhsil şöbələrinin əməkdaşları çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, narkotiklərin istifadəsinin qarşısının alınması ilə bağlı psixo-pedaqoji xidmətin gücləndirilməsi, tədris proqramlarına bilavasitə bu məsələ ilə əlaqədar yeni mövzuların daxil edilməsi, şagirdlərlə söhbətlər, görüşlər, rəsm, inşa müsabiqələri və sair tədbirlərin əhəmiyyətindən söhbət açıblar. Sonda narkomaniyanın acı fəsadlarından və və ona qarşı mübarizə metodlarından bəhs edən video carxlar nümayiş olunub, bukletlər paylanıb.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin pedaqoji və tələbə heyətinin nümayəndələri də iştirak edib.
{phocagallery view=category|categoryid=103|limitstart=0|limitcount=0}