2023-cü il fevralın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Xocalı soyqırımının otuz birinci ildönümü münasibətilə “Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan filmin nümayişində universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər. Film 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərmiş və itkin düşmüş hərbi əsir, mingəçevirli Natiq Qasımovun axtarışından bəhs edir.
Nümayişdən əvvəl, MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edərək Qarabağ həqiqətlərinin, xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin və mənfur düşmənlərimizin əsl simasının dünyaya çatdırılması, eləcə də vətənpərvərliyin təbliği baxımından filmin önəmini diqqətə çatdırıb. Bu istiqamətdə gənc nəslin maarifləndirilməsinin vacibliyinii vurğulayan rektor filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.
Sonra, film nümayiş etdirilib. Sənədli film izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalaraq ermənilərə müqavimət göstərən Natiq Qasımov 22 Xocalı sakininin həyatını xilas etmək üçün əsir düşüb. Erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.