You are currently viewing Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib

  • Post category:MDU xəbərləri

Bu gün dəyərli həmkarlarımızla Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən 5 günlük  #GƏNCLİYİMİZ yay düşərgəsinin açılış mərasimində iştirak etdim.

90 nəfər Gənc Könüllünun qatıldığı yay düşərgəsinin ilk panel görüşü “Dövlətin gənclərə qayğısı” mövzusunda oldu.

Gənclərin cəmiyyət həyatındakı davamlı artan rolu, dövlətimizin təhsil siyasətində gənclərin inkişafına verilən əhəmiyyət, könüllülük fəaliyyətinin faydaları və digər mövzularda fikirlərimizi bölüşdük, Gənc Könüllülərin çoxsaylı suallarını cavablandırdıq.

Yüksək intellektli və innovativ düşüncəli gənclərlə görüşümüz çox maraqlı və faydalı oldu.

Təşkilatçılara təşəkkür edir, Gənc Könüllülərə uğurlar arzulayıram.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0knMt49ht3xw28FgXqFdttbvuvHDZxjZYi25cHVYdKcKRey3a32HuAeyAk2S288nLl&id=100063831514918