Texniki elmlərə münasibət yeni vüsət alır
Mingəçevir Dövlət Universitetinin “Mexanika” kafedrasının əməkdaşları tex.f.d, dos. Qəhrəmanov Səbuhi Əbdul oğlunun və tex.f.d, dos. Mustafayev Vüqar Sabir oğlunun “Avtomatlaşdırmanın əsasları” adlı Dərs vəsaiti nəşr olunib. 2018-ci ildə Mingəçevir şəhər Nəşriyyat-Poliqrafiya Müəssisəsi MMC-də yüksək nəfisdə tərtib və nəşr olunan “Avtomatlaşdırmanın əsasları” adlı Dərs vəsaiti 132 səhifədən ibarət olub, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1108 nömrəli 08.12.2015-ci il tarixli “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmrinə müvafiq olaraq Mingəçevir Dövlət Universiteti Elmi Şurasının 04 aprel 2018-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir.
“Avtomatlaşdırmanın əsasları” adlı Dərs vəsaitinə Azərbaycan Texnologiya Universitetinin “Avtomatika və informasiya texnologiyaları” kafedrasının müdiri, tex.f.d., dos. R.M.Hacıyev, kafedranın dosenti, tex.f.d. N.İ.Hüseynov, Mingəçevir Dövlət Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının dosenti, tex.f.d. E.N.İsrafilova və “Mexanika” kafedrasının müdiri, tex.f.d., dos. M.B.İsmayılov rəy veriblər.
“Avtomatlaşdırmanın əsasları” adlı Dərs vəsaitində avtomatlaşdırmanın əsas anlayışları verilmiş, informasiyanı qəbul edən, ötürən, yenidən yaradan avtomatika elementləri və sistemləri, onların dəmiryoluvə avtomobil nəqliyyatında tətbiqinin əsas müddəlaları şərh edilmişdir.
Dərs vəsaiti nəqliyyat ixtisasları üzrə ali təhsil alan bakalavr, magistrant və doktorantlar, eləcə də istehsalatda çalışan mühəndis-texniki işçilər üçün nəzərdə tutulmuşdur.
Qeyd edək ki, dərs vəsaitinin müəllifləri həm də Mühəndislik fakültəsinin dekan və dekan müavinidir.
{phocagallery view=category|categoryid=58|limitstart=0|limitcount=0}