“Gələcəyin mühəndisi -1” olimpiadasının Mingəçevirdən olan qalibləri mükafatlandırılıdı
Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Texniki Universitetinin (AzTU) keçirdiyi “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatlandırılması keçirilib. MDU-nun rektoru Şahin Bayramov olimpiada haqqında məlumat verib və AzTU-nun rektoru Vilayət Vəliyevin təbrikini gənclərə çatdırıb. O, AzTU ilə MDU arasında əməkdaşlıq və onun gələcək inkişafından söz açıb. Son dövrlərdə gənclərin mühəndislik peşəsinə marağının artmasını, innovativ düşüncələrinin inkişafını xüsusi qeyd edib. Daha sonra rektor Şahin Bayramov olimpiadanın ikinci yer üzrə qalibləri Mingəçevir şəhəri Texniki Humanitar Liseyin XI sinif şagirdi Səlim Hacıyev, Mingəçevir 10 №-li tam orta məktəbin XI sinif şagirdi Ruslan Əliyev və IV yerin sahibi Mingəçevir 3 №-li tam orta məktəbin XI sinif şagirdi Aysel Məmmədovaya diplom və hədiyyələri təqdim edib.
AzTU və MDU arasında əməkdaşlığın növbəti uğuru kimi hər iki rektorun imzası ilə MDU tələbəsi Günay Nəsibova fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.
Xatırladaq ki, “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası AzTU-da cari ilin 1-3 may tarixlərində keçirilib.
{phocagallery view=category|categoryid=423|limitstart=0|limitcount=0}