Mingəçevir Dövlət Universitetində yay semestrinə start verilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində yay semestrinə start verilib

2020-ci ilin 27 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yay semestrinə start verilib. İlk dəfə olaraq, “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan yay semestrinin keçirilməsində əsas məqsəd əvvəlki tədris illərindən akademik borcu qalan tələbələrin universiteti normativ təhsil müddətində başa vurmasına şərait yaratmaqdan ibarətdir.

Bu dəfəki yay semestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli, 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında Qərarı”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 №-li qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (edilmiş dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 iyul 2020-ci il tarixli müvafiq razılıq məktubu əsasında təşkil edilib.

Yay semestrində 49 müəllim tərəfindən online formada tədris oluncaq 54 fənn üzrə dərslərdə ümumilikdə 151 tələbənin iştirakı nəzərdə tutulub.