2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Запись опубликована:19.08.2022
- Post category:MDU xəbərləri
Digər yazılar

MDU-da təhsil tələbə krediti barədə məlumatlandırıcı görüşlər keçirilib

Təhsildə saxtakarlığa qarşı mübarizədə hüquqi çərçivələr, qanunlar və təcrübələrlə bağlı məlumatlandırılma tədbiri keçirilib

Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırovun MDU haqqında fikirləri

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində “Milli Karyera Həftəsi” layihəsi çərçivəsində təlim keçirilib

Mingəçevir Dövlət Universitetində magistrantların elmi konfransı keçirilib

Təşkilat komissiyasının növbəti iclası keçirilmişdir
