Təhsildə saxtakarlığa qarşı mübarizədə hüquqi çərçivələr, qanunlar və təcrübələrlə bağlı məlumatlandırılma tədbiri keçirilib

  • Post category:MDU xəbərləri

18 sentyabr 2023-cü il tarixində Təhsil fakükltəsində fakultə dekanları, kafedra müdirləri və əməkdaşlarla birgə görüşdə müzakirə olundu. Tədris Şöbəsi tərəfindən əvvəlcədən tərcümə olunmuş bölmə əməkdaşlara çatdırılaraq sənədlə tanışlıq təmin olunmuşdur. Məsələ barədə Tərdris Şöbəsinin müdiri f.f.d. Üzeyir Zeynalov çıxış edərək bildirdi ki, saxtakarlıq hallarının qarşısının alınması üçün Hüquqi çərçivələr, qanunlar və təcrübələr bölməsində qeyd olunan məsələlər, yəni Üzv Dövlətlər təhsil saxtakarlığını və saxta təhsil xidməti təminatçılarının fəaliyyətini aradan qaldırmaq üçün mövcud qanunvericilikdən, təlimatlardan və ya təcrübələrdən istifadə etmək üçün bütün zəruri və müvafiq tədbirləri görməlidirlər. Onlar, həmçinin, tələb olunduqda yeni qanunvericilik və ya siyasət tədbirlərinin tətbiqini nəzərdən keçirməli və bütün təhsil müəssisələrini bu məqsədəuyğun qaydaları qəbul etməyə təşviq etməlidirlər tövsiyyəsini nəzərə almaqla “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-IIIQ nömrəli Qanunu, Ali təhsil müəssisənin Əsasnaməsi Haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1995-ci il 72 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il, 64 N-li Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”, Azərbaycanın qoşulduğu Avropada təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı 21.12.1979-cu il tarixli BMT-nin Paris Konvensiyası, Ali təhsil sahəsində diplomların və elmi dərəcələrin qarışılıqlı tanınması üzrə 16.12.1983 tarixli Asiya Sakit okean – Banqkok Konvensiyası, YUNESKO-nun Avropa Şurası ilə birlikdə hazırladığı Avropa regionu üzrə ali təhsil sahəsində ixtisasların qarışılıqlı tanınması haqqında 11 aprel 1997-ci il tarixli Lissabon

Konvensiyası, həmçinin Azərbaycan Respublikasının qoşulduğu 5 mart 2004-cü il tarixli qanunla 5 oktyabr 1961-ci il tarixli “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” Haaqa Konvensiyasına əsasən və digər qanunla tənzimlənən məsələləri bu sahədə əldə əsas tutmalı və müvafiq qanun və qaydalarla tanış olmalıdırlar.

Fakültə dekanı t.f.d. Nizami Zeynalov, Humanitar fənlər kafedrasının müdiri s.f.d. Esmira Cəfərova, Riyaziyyat kafedasının müdiri r.f.d. Rövşən Babayev məsələ ətrafında çıxış edərək əlavə etdilər ki, Haaqa konvensiyasına əsasən sənədlərin qarışılıqlı tanınması üçün mütləq “Apostil” olmalıdır. “Apostil” o zaman tələb olunmaya bilər ki, təhsil sənədinin alındığı və tanınması üçün təqdim olunduğu ölkələr arasında leqalizasiya tələbini aradan qaldırmaq və beynəlxalq hüquqi qarışılıqlı yardım üçün müqavilə imzalansın. “Haaqa Konvensiyasına qoşulmayan xarici ölkələrdə alınan ali təhsil haqqında sənəd və ona əlavə sənədi verən ölkənin Təhsil Nazirliyində müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının sənədi verən ölkədəki səfirliyində (konsulluğunda) leqallaşdırması, Ali Təhsilin bakalavr pilləsi ixtisasların (proqramlarının) siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il 8 N-li Qərarı, 24 aprel 2009-cu il 70 N-li Qərarı haqqında əməkdaşların sualları cavablandırıldı. Qeyd olundu ki, sözügedən halların qarşısının alınması, saxtakarlıq halları ilə qarşılaşdıqda sənədlərin mütləq qaydada yoxlanması prosedurunun vacibliyi nəzərə alınmalı, aşkarlanmış saxtakarlıq halları haqqında lazımi tədbirlərin görüləməsi üçün müvafiq strukturklara xəbər verilməlidir. Daha sonra əməkdaşların məsələ ilə bağlı digər suallarına cavab verild