2022/2023-cü tədris ilində ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində Amerikalı mütəxəssis John Bunke Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcəkdir.
TEFL (Teaching English as a Foreign Language) sertifikatlı qonaq mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişaf etdirilməsinə yardım edəcəkdir.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Amerikalı mütəxəssis MDU-da fəaliyyət göstərəcək
- Post published:19.08.2022
- Post category:MDU xəbərləri
You Might Also Like

Rektor Şahin Bayramovun 8 Mart – Beynəlxalq Qadınlar Günü təbriki

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri “Poliqon”da hərbi vətənpərvərlik ruhunda təlim alıblar

Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ildə nəzərdə tutulan institusional akkreditasiya üzrə Özünütəhlil hesabatını hazırlamaq üçün yaradılan təşkilat komissiyasının növbəti iclası keçirilib

MDU-da elmi-praktik konfrans: “Böyük Zəfərin başlanğıcı: Aprel döyüşləri”

Bayramlar firavanlıqdır, sevincdir, xoş niyyətdir

MDU müəllimlərinin məktəblilərə mühazirələri davam edir

Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi
