Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar birlik nümayiş etdirirlər
Azərbaycan uzun illər erməni terrorunun zərbəsindən ziyan çəkib. Belə ki, iyirminci əsrin doxsanıncı illərində erməni separatçıları yurdumuzun ərazi bütövlüyünə təcavüz etməklə torpaqlarımızın 20 faizin işğal etmiş, minlərlə insan yurd yuvalarından məcburi köçkün düşmüşdü. Uzun illər Azərbaycan prezidenti torpaqlarımızın azad edilməsi üçün danışıqlar aparsa da, həmsədr dövlətlərin ermənipərəst mövqeyi ədalətin bərpa olunmasına yol vermirdi. BMT-nin kağız üzərində qalan 4 qətnaməsinə belə erməni daşnakları əhəmiyyət vermir, hətta sərhəd bölgələrimizdə yeni işğalçılıq planları həyata keçirməkdə, günahsız insanları qətlə yetirməkdə idilər. Azərbaycan tərəfi olaraq biz, Azərbaycan xalqı, dövlətimizin başçısı İlham Əliyev, ordumuz müharibə etmək istəmir, sülh yolu ilə ədalətin bərpasını arzu edirdik. Lakin zaman öz sözünü dedi. Daha doğrusu, torpaqlarımızın azad edilməsi üçün elə bir şərait yarandı ki, düşmənin növbəti dəfə, həm də müxtəlif istiqamətlərdən sialhlı hücumlarına Azərbaycan Ordusu adekvat cavab verdi və ilk gündəcə düşməni susdurdu. 44 günlük vətən müharibəsində böyük şücaətlər göstərən Azərbaycan ordusunun əsgər və zabitləri, bir də xalqımızın birliyi Azərbaycanın böyük qələbəsini reallaşdırdı. 200 ildən sonra Azərbaycan torpağı, qəhrəman xalqımız zəfərin fərəhini yaşadı. Biz gənclər də torpaqlarımızın azad olunması üçün xalqımızın birliyini sevinclə qarşıladıq. Qeyd etmək yerinə düşər ki, müharibənin ilk günlərində Azərbaycanda siyasi partiyaların birləşərək bəyanat imzalamaları da qələbəmizə böyük töhfə oldu.
Bir neçə gün əvvəl ABŞ prezidentinin yanlış bəyanat verməklə fikirləri çaşdırması, Türkiyəyə böhtan atması Azərbaycan xalqını hiddətləndirib. Böyük Türk birliyinin güclənməsindən, iqtisadi inkişafından, nüfuzunun çoxalmasından qorxuya düşən dövlətlərin başçıları öz məlumatlarının nə qədər zəif olduğunu bu cür bəyanatlar verməklə göstərirlər. Təbii ki, Baydenin bu cür münasibətinə cavablar verilir. Ədalətin təhrifinə yol vermək mümkün deyil. Azərbaycanda 48 siyasi partiyanın birləşərək bu saxta bəyanata etiraz haqda bəyanat yayması iki dövlətin birliyinin təcəssümüdür.
Qeyd etmək yerinə düşər ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.
Azərbaycanın gələcəyi olan biz gənclər də tyarixin saxtalaşdırılmasını qəbul etmirik. Gənclər sosial şəbəkılər və digər informasiya vasitələri ilə belə bəyanatların yayılmaması üçün birlik nümayiş etdirirlər. YAP Mingəçevir şəhər təşkilatının çoxminli gənclər ordusu da siyasi partiyaların birləşərək vəhdət nümayiş etdirməsini alqışlayır. Çünki güc birlikdədir. İki dövlətin güclənməsi, həmçinin gənclərin yüksək səviyyədə təhsil alması, elmi biliklərini mənimsəməsi gələcəkdə dövlətlərimizin daha da tərəqqisi üçün önəmlidir. Azərbaycan Respublakasının Prezidenti İlham Əliyev hər zaman gənclərə diqqət göstərir. Yüksək təhsili və yurdumuzun ləyaqətli vətəndaşı kimi yetişməsi üçün lazım olan tədbirlətin görülməsi üçün tapşırıqlar verir. Biz də inanırıq ki, heç bir saxtakarlıq iki dövlətin gücünü və birliyini sarsıda bilməz.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri