Mingəçevir Dövlət Universiteti 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Ali təhsil müəssisələrinin ixtisaslar üzrə boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul üçün ixtisas seçimi 2023-cü ilin 4-9 sentyabr tarixlərində dim.gov.az saytı üzərindən onlay qaydada aparılacaq.
Mingəçevir Dövlət Universitetində (MDU) kadr hazırlığı aparılan ixtisaslar boş qalan plan yerlərini sizə təqdim edirik:

  • Riyaziyyat və informatika müəllimliyi- 17 yer (əyani)
  • Kompüter elmləri- 53 yer (əyani)
  • Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi- 18 yer (əyani)
  • Sənaye mühəndisliyi- 28 yer (əyani)
  • Kimya müəllimliyi- 18 yer (əyani)

Yarana biləcək suallara cavab üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
metbuat@mdu.edu.az
(+994 24) 275-85-49