Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov Humanitar fənlər kafedrasının dosenti Namaz Manafovla görüşüb.
MDU-nun monitorinq qrupunun rəhbəri ilə görüş zamanı universitetin təhsil keyfiyyətinə dair məsələlər müzakirə edilib, tədris prosesindəki yeniliklər və inkişaf istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Rektor Anar Eminov monitorinq qrupunun rəhbəriylə görüşdə onun fikir və təkliflərini dinləyib, fəaliyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, bu cür görüşlər universitetin təhsil keyfiyyətinin artırılmasına və gələcək inkişafına mühüm töhfələr verir.