MDU-nun alimi Coğrafiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış edib

2025-ci ilin 13-14 noyabr tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və Coğrafiya İnstitutunun 80 illik yubileyi münasibətilə “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda IV Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransın açılış və plenar iclaslarında yerli və xarici universitetlərin alimləri, tədqiqatçılar və mütəxəssislər iştirak edərək coğrafiya elminin müasir çağırışlarını, regional inkişaf, ekosistemlərin idarə olunması və elm-təhsil inteqrasiyasının yeni istiqamətlərini müzakirə ediblər.

Mingəçevir Dövlət Universitetini təmsil edən Biznes və menecment kafedrasının baş müəllimi i.ü.f.d. Ruhiyyə Hüseynova kofransın bölmə iclasında “Regionların sosial-iqtisadi inkişafının sosial-infrastruktur sahələrinin resurs potensialı və idarəetmə problemlərinin həlli” mövzusunda məqalə təqdim edərək məruzə ilə çıxış edib. Məruzədə regionların dayanıqlı inkişaf prioritetləri, resurs potensialının səmərəli istifadəsi, sosial infrastrukturun idarə edilməsində mövcud yanaşmalar və innovativ idarəetmə modelləri elmi əsaslarla təhlil olunub.

Ruhiyyə Hüseynova həmçinin son illər universitetdə aparılan elmi-tədqiqat işləri, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və MDU-da tədqiqatçı müəllimlər üçün formalaşdırılan müasir elmi mühit barədə iştirakçılara məlumat verib.

Məqalə və məruzə ilə yanaşı, müəllif tərəfindən regionların inkişafı, sosial-iqtisadi proseslərin idarə olunması və innovativ iqtisadi mexanizmlər mövzularında aparılmış əvvəlki elmi araşdırmalar, elmi məqalələr və dərs vəsaitlərindən də konfrans iştirakçılarına məlumat verilib.