MDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

MDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi

İlin əvvəlindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Belə tədbirlərdən biri də Mingəçevir Dövlət Universitetində keçirilən tələbə və magistrantların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransla yadda qalıb. Konfransı giriş sözü ilə rektor Akif Hacıyev açmışdır. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olub, dövlət strukturları, nizami milli ordu yaradıb, ali təhsil ocaqları açıb, Azərbaycan dilini dövlət dili elan edib, ölkənin milli sərhədlərini müəyyənləşdirib, rəsmi dövlət bayrağını qəbul edib.

Sonra Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova konfransın işini aparıb. Plenar iclasda Tarix müəllimliyi ixtisası, I kurs tələbəsi Arzu Şahkərimova “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi zərurət kimi” (elmi rəhbər: t.f.d., dosent Nizami Zeynalov); Tarix müəllimliyi ixtisası, I kurs tələbəsi Aygül Kərimli Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət aspektləri və beynəlxalq münasibətlər” (elmi rəhbər: s.f.d., dosent Esmira Cəfərova); Tarix müəllimliyi ixtisası, I kurs tələbəsi Xədicə Abdullayeva “Şanlı tariximizdən gələn müstəqillik ənənələri” (elmi rəhbər: baş müəllim İlham Məmmədov); İqtisadiyyat ixtisası, II kurs tələbəsi Xəyal Xəlilov “Azərbaycan Milli ordusunun yaranması və onun tarixi əhəmiyyəti” (elmi rəhbər: baş müəllim İlham Məmmədov); Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, magistrant, II kurs tələbəsi Svetlana Nəsibli Cümhuriyyət dövrünün poeziyası” (elmi rəhbər: fil.f.d., dosent Namaz Manafov); İqtisadiyyat ixtisası, II kurs tələbəsi Gülnaz Qarayeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat” (elmi rəhbər: i.f.d., dosent Nüşabə Qədimli); Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, III kurs tələbəsi Kəmalə Hacıyeva Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda parlamentarizm tarixinin başlanması” (elmi rəhbər: baş müəllim Mətanət Yusifova); Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası, magistrant, I kurs tələbəsi Könül Mustafayeva Hüseyn Cavid yaradıcılığında cümhuriyyət ideyaları” (elmi rəhbər: fil.f.d., baş müəllim Günel Yunusova); Riyaziyyat müəllimliyi ixtisası, III kurs tələbəsi Əsgərxan İbrahimov Müasir Azərbaycan gəncliyi müstəqilliyimizin qarantıdır” (elmi rəhbər: fil.f.d., dosent Flora Namazova) mövzuları ilə məruzə etmişlər.

Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev çıxış edərək konfransın işində çıxış edən tələbə, magistarntalar və onların elmi rəhbərlərinə məzmunlu çıxışlarına, maraqlı tarixi faktlara söykənən informasiyalara görə təşəkkürünü bildirdi. Konfransın işində yaxından iştirak edən tələbə və magistarntlara sertifikatlar təqdim olundu.

Konfransın plenar iclasından sonra bölmə iclasları keçirilib. I bölmə – Azərbaycan Xalq Cümhuriyyəti: tarixi və siyasəti, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədovun rəhbərliyi ilə keçirilib və bölməyə 16 tezis daxil edilmişdir. II bölmə – Azərbaycan Xalq Cümhuriyyətində ədəbiyyat, incəsənət və dil məsələləri, Humanitar fənlər kafedrasının dosenti, fil.f.d. Namaz Manafovun rəhbərliyi ilə keçirilib və bölməyə 35 tezis daxil edilmişdir. III bölmə -Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir, Pedaqoji fakültənin dekanı, t.f.d., dosent Nizami Zeynalov və “Mühəndislik” fakültəsinin dekanı, tex.f.d., dosent Vüqar Mustafayevin rəhbərliyi ilə keçirilib və bölməyə 74 tezis daxil edilmişdir.

Qeyd edək ki, bölmə iclasları da yüksək səviyyədə keçirilmiş və Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, professor Veysəl Əyyubovun və konfransın təşkilat komitəsinin sədri, Humanitar fənlər kafedrasının müdiri, s.f.d., dosent Esmira Cəfərovanın təqdimatı ilə ən yaxşı tezis müəlliflərinə sertifikatlar təqdim olunub.

{phocagallery view=category|categoryid=92|limitstart=0|limitcount=0}