Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Dövlət qulluğunun əsas üstünlükləri” mövzusunda seminar keçirilib. Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyət sektorunun aparıcı mütəxəssisi Adil Məmmədli və “Compstudy” Tədris Mərkəzinin təlimçisi Elçin Mirzəyevin təqdimatında keçirilən seminarda MDU-nun bir qrup tələbə və magistrantı iştirak edib.
Seminarda müvafiq qanunvericiliyə əsasən dövlət qulluğu ilə bağlı tətbiq edilən əsas anlayışlar, dövlət qulluğunun prinsipləri, növləri və təsnifatı, dövlət qulluqçusunun məsuliyyəti, əsas hüquqları və vəzifələri, dövlət qulluğuna qəbul və digər məsələlər barədə məlumat verilib və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.