24 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının əməkdaşları 2024/2025-ci tədris ili üzrə kafedranın fəaliyyət planına uyğun olaraq, əmək bazarının nümayəndələri ilə görüşüb. Görüşdə “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Texniki İstehsalat şöbəsinin rəisi Ramiz Qasımov, Kadrlar şöbəsinin rəisi Firuzə Cəbiyeva, Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova, kafedranın baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Liliya Süleymanova və müəllim Elsevər Cəfərli iştirak ediblər. Görüş zamanı universitet-sənaye əməkdaşlıq çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, Energetika mühəndisliyi ixtisasının təhsil proqramı üzrə əmək bazarının əsas ehtiyacları və tələbləri, birgə fəaliyyətin, o cümlədən elmi-tədqiqat işlərinin aparılması, magistrantlara aktual dissertasiya mövzularının verilməsi, tələbələrin stansiyaya infoturlarının təşkili, məzunların işlə təmin olunması və s. məsələlər ətrafında geniş müzakirələr aparılıb.
MDU-nun Energetika kafedrasının əməkdaşları əmək bazarının nümayəndələri ilə görüşüb
- Post published:25.02.2025
- Post category:Energetika / MDU xəbərləri
You Might Also Like

MDU-nun müəllimi: Böyük Qayıdışın yeni ünvanı Xocalı

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Düzcə Universiteti arasında görüş keçirilib

Şahin Bayramov: Prezident İlham Əliyev dünyada ən çox rəğbət bəslənilən liderlər sırasındadır

Mingəçevirdə “Tarix yazan əbədiyaşar lider” adlı elmi-bədii konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib

“Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib

MDU əməkdaşları Bişkekdə beynəlxalq konfransın bölmə iclaslarında çıxış ediblər
