Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində təqdimat keçirilib

25 fevral 2025 –ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən təşkil edilən Azad Mirzəcanzadə adına İnkişaf Proqramı çərçivəsində növbəti təqdimat keçirilib. Tədbirin əsas məqsədi gənclərin yaradıcı problem həlləri tapmaq, çevik və innovativ yanaşmalarla dayanıqlı gələcəyə töhfə vermək bacarıqlarını inkişaf etdirmək olub.

Təqdimatda layihənin koordinatoru, RİİB-in üzvü Leyla Seyidzadə çıxış edərək, proqramın əhəmiyyəti və məqsədləri barədə iştirakçılara məlumat verib. Leyla Seyidzadə gəncləri inkişaf etməkdə olan müasir dünyada qarşılaşdıqları çətinliklərə yaradıcı yanaşmalar tətbiq etməyə dəvət edərək, onlara müxtəlif bacarıqların, o cümlədən problem həll etmə və innovasiya düşüncəsinin vacibliyini vurğulayıb.

Proqramın iştirakçıları təqdimat zamanı layihənin məqsədlərinə necə daha yaxınlaşa biləcəkləri və qarşılaşdıqları müxtəlif problemləri necə daha effektiv həll edə biləcəkləri barədə müzakirələr aparıblar.