Mingəçevir Dövlət Universiteti İctimaiyyətlə əlaqələr şöbəsinə “Mütəxəssis” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.
Vəzifə funksiyaları:
• Press-reliz, xəbər, çıxış, müsahibə və s. hazırlanmasında iştirak etmək;
• Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Mingəçevir Dövlət Universitetinin (MDU) fəaliyyətinə dair mediada yayımlanan materialların gündəlik monitorinq hesabatlarını hazırlamaq və ya hazırlanmasında iştirak etmək, aylıq və rüblük media hesabatlarının təhlilində iştirak etmək;
• Rəsmi saytın və sosial şəbəkələrdəki hesabların idarə edilməsində, məzmununun hazırlanmasında və yenilənməsində iştirak etmək;
• MDU-nun fəaliyyətinə dair foto və video materialların, sənədlərin və s. arxivləşdirilməsini və mütəmadi yenilənməsini təmin etmək (ehtiyac olduğu təqdirdə sosial şəbəkələr üçün foto çəkiliş aparmaq);
• Təşkilati və əlaqələndirmə işlərini həyata keçirmək.
Namizədə dair tələblər:
• Ali təhsil (humanitar sahədə arzuolunandır);
• İctimaiyyətlə əlaqələr sahəsində ən azı 1 il iş təcrübəsi;
• Şifahi və yazılı nitq bacarığı (orfoqrafik, qrammatik və punktuasiya qaydalarını bilmək və əməl etmək), təhlil etmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (yaxşı);
• MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook və s.) sərbəst işləmək bacarığı;
• Ofis avadanlıqlarından (printer, skaner, surətçıxarma və s.) istifadə bacarığı;
• İctimaiyyətlə əlaqələr, jurnalistika, kommunikasiya, sosial marketinq sahəsi üzrə sertifikatların olması arzuolunandır;
• Foto və video çəkiliş aparmaq bacarığı arzuolunandır;
• Komandada işləmək bacarığı, vaxtın idarə edilməsi, çevik qərarvermə bacarığı;
• Yüksək icraçılıq qabiliyyəti, operativlik, dəqiqlik, məsuliyyətlilik.
Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər müraciətlərini MDU-ya (Mingəçevir şəhəri D.Əliyeva küçəsi 21, tel: 024 275 32 72, elektron ünvan: info@mdu.edu.az) ünvanlaya bilərlər.