Mingəçevir Dövlət Universitetinin müharibə veteranı olan bir qrup əməkdaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ” təşkil etdiyi “Novruz 2025” düşərgəsində iştirak ediblər

21-25 mart tarixində Mingəçevir Dövlət Universitetinin müharibə veteranı olan bir qrup əməkdaşı Azərbaycan Təhsilİşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ” təşkil etdiyi “Novruz 2025” düşərgəsində iştirak ediblər. Novruz bayramı ərəfəsində təşkil olunmuş bu düşərgədə Respublikanın əksər bölgələrindən şəhid ailə üzvləri, Təhsil sektorunda çalışan Qarabağ müharibəsinin veteranları ATİAHİ -nin mehriban və peşəkar komandasının qayğısının əhatəsində olmuşlar. Düşərgə Xaçmaz rayonunun Nabran Təhsil İstirahət mərkəzində olmuşdur. MDU-dan düşərgədə iştirak edən heyyət tədbirin yüksək səviyyədə təşkil olunmasına və dövlətimizin qayğı-diqqətinə görə ATİAHİ rəhbərliyinə təşəkkürlərini bildirir. Belə düşərgələrin sosial-psixoloji, təhsil işçilərinin kommunikasiyanın möhkəmlənməsinə böyük fayda verdiyini qeyd etmək olar.