You are currently viewing Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında strateji əməkdaşlığın əsası qoyulub: Anlaşma Memorandumu imzalanıb

Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında strateji əməkdaşlığın əsası qoyulub: Anlaşma Memorandumu imzalanıb

  • Post category:MSU News

2025-ci il dekabrın 16-da Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında elmi və akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən XXVIII Respublika Doktorant və Gənc Tədqiqatçıların Elmi Konfransı çərçivəsində MDU-nun rektoru Anar Eminov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rufat Əzizov tərəfindən imzalanıb.

İmzalanmış Memorandumun əsas məqsədi tərəflər arasında təhsil, elmi tədqiqat və insan kapitalının inkişafı sahələrində əməkdaşlığın gücləndirilməsi və genişləndirilməsidir. Bu çərçivədə saziş akademik heyət və tədqiqatçı mübadiləsini, birgə konfrans və simpoziumların təşkilini, ortaq elmi tədqiqat və ömürboyu təhsil proqramlarının həyata keçirilməsini, innovativ tədris və idarəetmə təcrübələrinin mübadiləsini, həmçinin mütəxəssislərin peşəkar inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Qeyd edək ki, Memorandum MDU-nun elmi potensialının gücləndirilməsi, akademik mühitinin inkişaf etdirilməsi və ölkənin aparıcı ali təhsil müəssisələri ilə strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Həmçinin bildirilib ki, konfransa qəbul olunmuş 610 məruzədən 106-sı MDU-nun doktorant və gənc tədqiqatçılarına məxsusdur.