You are currently viewing Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsifini müvəqqəti icra edən Üzeyir Zeynalov ATGTİ tərəfindən təltif olunan tələbələrlə görüş keçirib

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsifini müvəqqəti icra edən Üzeyir Zeynalov ATGTİ tərəfindən təltif olunan tələbələrlə görüş keçirib

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini icra edən Üzeyir Zeynalov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin TGT sədri” Aslan Ələkbərzadə və “İlin Tələbə klubu” Elşad Əmrahov ilə görüş keçirib.
Üzeyir Zeynalov tələbələrin əldə etdiyi uğurları yüksək qiymətləndirərək, onların universitetin ictimai və akademik həyatında fəal iştiraklarının əhəmiyyətini vurğulayıb. O, ATGTİ tərəfindən göstərilən bu yüksək qiymətləndirmələrinə tələbələrin məsuliyyətli və məqsədyönlü fəaliyyətlərinin bir nəticəsi olduğunu qeyd edib.
Aslan Ələkbərzadə və Elşad Əmrahov bu mükafatları öz kollektivlərindəki hər bir üzvünə təşəkkür edərək, gələcəkdə də universitetin nüfuzunun artırılması və daha çox gəncin aktiv iştirakını təmin etməyə davam edəcəklərini bildirib.
Görüş tələbələrin daha da motivasiya olunması və gələcəkdə əldə edəcəkləri uğurların müzakirəsi ilə sona çatıb. Rektor Üzeyir Zeynalov bu cür təşəbbüslərin universitetin inkişafına və tələbələrin daha yüksək nəticələr əldə etməsinə töhfə verəcəyini qeyd edib.
Mingəçevir Dövlət Universiteti tələbələrinin və gənclərin inkişafına dəstək verməyə davam edəcək və onları müxtəlif sahələrdə daha çox uğur əldə etməyə təşviq edəcək.