17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir. Riyaziyyat kafedrasının müvafiq ixtisasları – Riyaziyyat və Riyaziyyat-İnformatika qruplarında buraxılış kurslarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş , təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir
- Post published:05.03.2025
- Post category:MDU xəbərləri
You Might Also Like

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov fəlsəfə doktoru diplomunu almış Xarici dillər kafedrasının müəllimi Gülnarə Qurbanova ilə görüşüb

Azərbaycan qlobal təşkilatın idarə edilməsində iştirak edəcək (qafqazinfo.az 31.10.2022)

Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığının qarşısının aılnması və onunla mübarizə” mövzusunda seminar keçirilib

İspaniyanın Valladolid Universiteti Erasmus+ Proqramı çərçivəsində tələbə qəbulu elan edir

Şahin Bayramov: İlham Əliyev regionda dayanıqlı sülhə və tərəqqiyə əsaslanan yeni geosiyasi reallıqlar yaratdı (AZƏRTAC)

MDU-da “Özünü kəşf et” təlimi keçirilib

Mingəçevir Dövlət Universitetində “Bilik Günü” qeyd edilib
