Mingəçevir Dövlət Universiteti Nəsiminin 650 illik yubileyi ilə bağlı keçirilən ağacəkmə aksiyasında iştirak edib

Mingəçevir Dövlət Universiteti Nəsiminin 650 illik yubileyi ilə bağlı

keçirilən ağacəkmə aksiyasında iştirak edib

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub.

Yaşıllıqların artırılması və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edən ağacəkmə aksiyasında Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə kollektivi də fəal iştirak edib. Universitetin hər iki tədris korpusu ərazisində ağaclar əkilib və suvarılıb. Ərazidə təmizlik işləri həyata keçirilib.

{phocagallery view=category|categoryid=265|limitstart=0|limitcount=0}