Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində valideynlərlə görüş keçirilib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ili üçün birinci kursa qəbul olan tələbələrin valideynləri ilə görüşüb. Ş.Bayramov tələbə adını qazanmış gənclərin valideynlərini təbrik edib, övladlarının məhz Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alması qərarına görə onlara təşəkkürünü bildirib.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan dövlət siyasətinin məntiqi nəticəsi olaraq hazırda milli ali təhsilimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən rektor universitetlərimizin insan kapitalının formalaşmasındakı rolunun sürətlə artdığını vurğulayıb.

O, MDU-da yüksək ixtisaslı kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verib, yüksək intellektli, dərin savadlı, geniş dünyagörüşlü, güclü şəxsiyyət və vətənpərvər mütəxəssislər yetişdirməyi hədəflədiklərini diqqətə çatdırıb. Ş.Bayramov bu məqsədlərə çatmaq üçün MDU-nun professor-müəllim heyəti üzvlərinin potensialının səfərbər ediləcəyini və tələbələr üçün bütün zəruri imkanların yaradılacağını bildirib.

Valideynləri universitetlə sıx əməkdaşlığa dəvət edən rektor idarəetmə prosesində tələbələrin aktiv iştirakının əhəmiyyətini, eləcə də tələbələrin universitetin daxili nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb.

Tədbirin sonunda valideynlər universitet seçimində düzgün qərar verdiklərini diqqətə çatdırıb, səmimi qarşılanmaya və açıq müzakirəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

{phocagallery view=category|categoryid=182|limitstart=0|limitcount=0}