Mingəçevir Dövlət Universitetinin rektoru yüksək bal toplayan tələbə ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru yüksək bal toplayan tələbə ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bu ali təhsil müəssisəsi üzrə ən yüksək nəticə (622 bal) göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Alsu Məmmədova və onun valideyni ilə görüşüb.

A.Məmmədovanın çox böyük uğur qazandığını qeyd edən Ş.Bayramov onu və valideynini təbrik edib, universitet seçiminə görə onlara təşəkkürünü bildirib və təhsil aldığı müddətdə rekordçu tələbə üçün zəruri imkanların yaradılacağını diqqətə çatdırıb.

Universitet birincisinə təhsildə və şəxsi həyatda yeni-yeni uğurlar arzulayan rektor onun şərəfli, müqəddəs və eyni zamanda, məsuliyyətli müəllimlik peşəsini seçməsini xüsusi vurğulayıb. O, bu seçimi ölkəmizdə müəllim nüfuzunun artırılması istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirib.

A.Məmmədova göstərilən diqqətə görə MDU-nun rəhbərliyinə təşəkkür edərək ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssis və layiqli vətəndaş kimi yetişmək üçün əzmlə çalışacağını bildirib.

{phocagallery view=category|categoryid=183|limitstart=0|limitcount=0}