Mingəçevir Dövlət Universitetinin əməkdaşları İsveçdə Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları

İsveçdə Kral Texnologiya İnstitutunda təlimdə iştirak ediblər

 

14-18.10.2019-cu il tarixlərində İsveç Krallığı, Kral Texnologiya İnstitutunda Azərbaycan Universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi mövzusunda Erasmus+ EQAC layihəsi çərçivəsində təlim keçirilmişdir.

Təlim 10 Avropalı təlimçilərin moderatorluğu ilə təşkil edilmişdir: Margareta Bergman, Kristina Edstrom, Anna-Karin Hogfeldt, Leif Kari, Elizabeth Keller, Anders Rosen, Emma Stromberg, Margareta Norell Bergendahi, Linde Rose və Tələbə Gənclər Təşkilatının nümayəndəsi.

Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri, Mingəçevir Dövlət Universitetindən isə layihədə EQAC layihəsi üzrə menecer, Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova və layihə üzvü, Karyera Mərkəzinin müdiri Üzeyir Zeynalov iştirak ediblər.

Sessiyalarda bir sıra mövzularda müzakirələr olmuşdur. Bu seminar təcrübəni bölüşmək, Avropa ömürboyu öyrənmə metodları ilə tanış olmaq məqsədi daşıyır:

Milli səviyyədən beynəlxalq səviyyəyə qədər keyfiyyət təminatı

Təhsilin artırılması üçün təşkilati inkişaf

Cəmiyyətlə əməkdaşlıq

Qlobal davamlı inkişaf məqsədləri

Fakültənin inkişafı

Tələbələrin təhsilini artırmaqda fəal iştirakı

Davamlı İnkişaf: tətbiqi və problemləşdirmə mövzusunda olan sessiyada davamlı inkişaf konsepsiyasını müzakirə edilməsi, problemləşdirmə və BMT-nin ali təhsil ilə əlaqəli davamlı inkişaf hədəflərini araşdırmaq əsas obyekt olmuşdur. Daha sonra Təhsildə davamlı inkişafın inteqrasiyası KTH yolu izah edildi. Davamlı inkişafın inteqrasiyası üçün bir çərçivə təqdim edildi və iştirakçılar öz kursları və proqramlarını işlədikləri seminarda tətbiq etdilər.

Növbəti günlərdə isə “Tədris təlimi – Tədrisə daha çox vaxt sərf etmədən tələbə təlimini necə inkişaf etdirmək olar?” mövsusu müzakirə edilmidir.

Ali təhsilin gücləndirilməsi – gələcəyə dair strategiyalar mövzusunda təşkil edilən seminar iştirakçılarının gələcək fikir və strategiyalarını bölüşmələri üçün hazırlanmışdır. Kurikulumun inkişafı, təşkilati inkişaf, fakültənin inkişafı, təbliğat işləri, tələbələrin fəal öyrənməsi və cəlb olunması mövzularında təlim davam etdirilmişdir.

Təlimin sonunda dəyirmi masada görüş təşkil olunmuşdur. Tələbə yönümlü dərslərin təşkili, öyrənmə nəticələri və kompitensiyalara dair ümumiləşdirmələr aparılmışdır. Sonda tədbir qiymətləndirmə formalarının doldurulması və sertifikatların təqdimatı ilə yekunlaşmışdır.

{phocagallery view=category|categoryid=204|limitstart=0|limitcount=0}