Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin ˝Riyaziyyat və informatika müəllimliyi˝ ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə bilik yarışı keçiriblər.
Şagirdlərin riyaziyyat və informatika fənninə olan marağının daha da artırılması, gənc istedadların üzə çıxarılması məqsədilə keçirilən yarış təcrübə rəhbəri Səadət Aslanovanın rəhbərliyilə MDU-nun “Rİ19.1” və “Rİ19.2” qrup tələbələri tərəfindən təşkil olunub. Tədbirdə hər iki təhsil müəssisəsinin bir qrup müəllimi, tələbələr və şagirdlər iştirak ediblər.
“Pİ” gününə həsr olunmuş bilik yarışında məktəbin 8 və 9-cu sinif şagirdləri arasında təşkil olunan yarışda 8 komanda iştirak edib.
“Pifaqor”, “Qaliley”, “Arximed”, “Lütfi zadə”, “Alfa”, “Dekard”, “Viyet” adlı 8 komanda arasında “Lütfi zadə” komandası qalib gəlib. Tələbələrimiz qalib komandanın üzvlərini medallarla, digər komandalar isə iştirakçı sertifikatı ilə təltif ediblər.
Yarış məktəb rəhbərliyi tərəfindən müsbət qarşılanıb.