Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin rəqəmsallaşdırılmasına yönəlmiş hədəfə çatmaq üçün universitet rəhbərliyinin yüksək qayğısı və diqqəti nəticəsində İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə tələbələr üçün Python proqramlaşdırma dili üzrə 4 aylıq modul təlim təşkil edilib. Təlim Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Nail Məmmədov tərəfindən onlayn formatda MS Teams təhsil platforması üzərindən keçirilir. İlk gündən təlim tələb olunan proqramlaşdırma bacarıqlarını öyrənmək istəyən tələbələrin böyük marağına səbəb oldu ki, bu da onların gələcək peşəkar çağırışlara hazırlanmasında mühüm addım olacaqdır.
Mingəçevir Dövlət Universitetində proqramlaşdırma sahəsi üzrə təlimlərə start verilib
- Post published:16.10.2024
- Post category:İT kafedrası
You Might Also Like

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) “Veb 3.0 – Gələcək Təhsil Texnologiyaları” mövzusunda təlim keçirilib

“Microsoft Teams” proqramında imtahanqabağı təlim

Mingəçevir Dövlət Universitetində (MDU) informasiya texnologiyaları təlimləri keçiriləcək

Mingəçevir Dövlət Universitetində “MS PowerPoint – MS Office” mövzusunda peşəkar təlim keçirilib

Mingəçevir Dövlət Universiteti regionda ilk olaraq “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb

MDU Seulda beynəlxalq İKT təlimində təmsil olunur
