2024-cü il iyunun 5-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Maliyyə” ixtisasının M20 qrupunda təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekunları haqqında hesabatları dinlənilib. Hesabat görüşündə MDU-nun Təcrübə və Karyera İnkişafı Mərkəzi və İqtisadiyyat kafedrasının əməkdaşları və tələbələr iştirak edib.
Tələbələrin istehsalat təcrübəsi 2024-cü il may ayının 3-dən 30-dək (20 iş günü müddətində) “Azərbaycan İES” MMC-də təşkil olunmuşdur. Təqdimat zamanı tələbələr “Azərbaycan İES” MMC-də keçirdikləri təcrübə müddətində gördükləri işlər, yerinə yetirilən tapşırıqlar, vəzifə və öhdəlikləri barədə məlumat veriblər.
Hesabatlarla tanış olan təcrübə komissiyası üzvləri tələbələrə öz təklif və tövsiyələrini bildirərək 4 meyar üzrə qiymətləndirmə aparıblar.