Əziz tələbələr və magistrantlar!
İnnovativ ideyalarınızı reallaşdırmaq, maliyyə dəstəyi və inkubasiya imkanı qazanmaq üçün Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində keçiriləcək “UniStartup” müsabiqəsinə qoşulun!
Müsabiqə universitet daxilində startap ekosistemini gücləndirmək və tələbələrin innovativ ideyalarını dəstəkləmək məqsədilə təşkil olunur. İştirakçılar ideyalarını inkişaf etdirərək yarımfinalda və ən əsası sənayedən 100-ə yaxın şirkətin iştirak edəcəyi final mərhələsində münsiflər qarşısında təqdim edəcəklər.
Kimlər iştirak edə bilər?
- Yalnız MDU-nun bakalavr və magistr tələbələri, həmçinin universitet əməkdaşları.
- Komandada minimum 2-5 nəfər iştirak edə bilər.
Müsabiqənin fokus sahələri:
- Süni intellekt
- Robototexnika
- Aqrar texnologiyalar (Agrotech)
- Yaşıl enerji
- Proqramlaşdırma və İT həlləri
- Kibertəhlükəsizlik
- Təhsil texnologiyaları
- FinTech və digər innovativ istiqamətlər
Mərhələlər:
- Qeydiyyat və ideya təqdimatı
- Peşəkar mentor dəstəyi
- Final Pitch Day
Mükafatlar:
- İlk 3 yerin qalibinə müxtəlif mükafatlar təqdim ediləcəkdir.
Müsabiqənin final mərhələsi 24 oktyabr 2025-ci ildə Regional Universitet-Sənaye Birliyi Sammiti (RUSB 2025) çərçivəsində baş tutacaq.
Qiymətləndirmə kriteriyaları:
- Təqdimat bacarığı – ideyanın peşəkar və inandırıcı şəkildə təqdim olunması, vizual materiallardan istifadə.
- Problem/həll – ideyanın həll etdiyi problemin aktuallığı və bazarda dəyəri.
- Konsepsiya və məhsul – ideyanın unikallığı, alternativlərdən üstünlüyü və inkişaf potensialı.
- Komanda – komanda üzvlərinin rolu, bilik və təcrübəsi.
- Bazar araşdırması və etibarlılıq – ideyanın bazar potensialının real araşdırmalarla əsaslandırılması, prototipin mövcudluğu.
- Məqsəd və bazar potensialı – ideyanın gələcəkdə böyük bazara çıxış və gəlir əldə etmə imkanı.
Hər kriteriya üzrə münsiflər 1-dən 5-ə qədər bal verəcəklər. Ən yüksək ümumi bal toplayan komandalar qalib olacaq.
Komandalar 10 oktyabr 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Əlaqələndirici şəxs: Nurlan Əzizli – 055 915 48 93
nurlan.azizli.n@mdu.edu.az